Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gənc teatrşünas avtomobil qəzasında öldü - YENİLƏNİB - FOTOLAR

Azərbaycanda gənc mədəniyyət yazarı, teatrşünas Niyaz Cəfərov vəfat edib.

Mynews.az-ın məlumatına görə, o, 16 iyulda Xızı-Altıağac yolunun 12-ci kilometrliyində baş verən avtomobil qəzasında dünyasını dəyişib.

10 MX 002 dövlət nömrə nişanlı “Range Rover”lə 90 MO 770 qeydiyyat nişanlı “Hyundai” toqquşub. Nəticədə “Hyundai”ı idarə edən Faiq Cəfərovla anası Elmira Cəfərova ağır bədən xəsarətləri alıb. Sürücünün qardaşı, 29 yaşlı Niyaz Cəfərov isə vəfat edib.

Niyaz Cəfərov ailəli idi. Onun Nərgiz adlı qızı vardı.

14:13

Teatrşünas Niyaz Cəfərov avtomobil qəzasına düşərək dünyasını dəyişib.

Mynews.az xəbər verir ki, bu barədə report-a onun bacısı məlumat verib.

Gənc teatrşünas bu gün Yasamal qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Niyaz Cəfərov "Kaspi" qəzetinin "Teatr əlavəsi"nin yazarı idi. Ailəli olan Niyaz Cəfərovun körpə qızı var.

Allah rəhmət eləsin!

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...