Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Balakəndə velosipedçini avtomobil vurdu

Balakəndə velosipedçini avtomobil vurub.

Mynews.az APA-ya istinadən xəbər verir ki,  hadisə iyulun 17-də, axşam saatlarında rayonun Meşəşanbul kəndində qeydə alınıb. Kənd sakini İbrahim Abdulla oğlu Gəncəyev “Niva” markalı, 99 GN 994 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən qəfildən avtomobilin qarşısına çıxan velosipedçi, həmkəndlisi, 2005-ci il təvəllüdlü Şamil Ramazan oğlu Hümbətovu vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 yaşlı oğlan Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.

Ona sol bud sümüyünün qəlpəli sınığı diaqnozu qoyulub, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...