Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sabah Natiq Əliyevin 40 mərasimidir

Sabah - 19 iyulda mərhum energetika naziri, “Şöhrət” ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin qırx mərasimidir.

Mynews.az xəbər verir ki,Energetika Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliyevanın verdiyi məlumata görə, mərasim Heydər məscidində keçiriləcək.

N. Əliyev iyunun 3-də Bakıda keçirdiyi ürək tutmasından sonra edilən ilkin müdaxilə ilə həyata qaytarılıb, onun ürəyinin koronar damarlarına stend qoyulub. Natiq Əliyevin müayinə və müalicəsi üçün Bakıya Türkiyədən heyət göndərilib. Həmin heyətin dəstəyi ilə Natiq Əliyev süni tənəffüs cihazına qoşularaq, iyunun 5-də xüsusi ambulans təyyarə ilə “Florence Nightingale” klinikasına aparılıb. 

“Ciddi tibbi müdaxilə ilə qan dövranının normallaşdırılması mümkün olmayan xəstəyə ürək nasosu qoşularaq ürək çatışmazlığına qarşı müalicə başlayıb. Lakin iyunun 8-də günorta saatlarında Natiq Əliyev anidən beyin insultu keçirib və dünyasını dəyişib.

Mərhum 9 iyulda Bakıya gətirilib, 10 iyulda  II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...