Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda 15 nəfər insan alverçilərindən xilas edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət  Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu ilin yanvar-iyun aylarında 60 nəfərə müxtəlif növ yardımların göstərilməsini təmin edib.

Mynews.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata əsasən, onlardan 45 nəfərini Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Mərkəzə yönləndirilən insan alveri qurbanları təşkil edib. Qalan 15 nəfər isə potensial insan alveri qurbanlarından, yəni insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslərdən ibarət olub.

Qeyd olunan 60 nəfərin əksər qisminə ehtiyacları nəzərə alınmaqla, sosial reabilitasiya olunmaları məqsədilə eyni vaxtda bir neçə növdə yardımlar göstərilib. Ümumilikdə  Mərkəz 30 nəfərə hüquqi, 25 nəfərə psixoloji, 22 nəfərə tibbi yardımlar göstərilməsini təmin edib.

Nazirlik yanında Dövlət Məşğulluq Xidməti ilə birgə 11 nəfərin münasib iş yerləri ilə təmin olunmaları, 4 nəfərin əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmaları üçün müvafiq işlər görülüb. Müvafiq şəxslərdən 10 nəfəri isə ehtiyaclarına uyğun olaraq,  sığınacaqla təmin ediliblər. Aparılan işlər nəticəsində insan alveri qurbanlarının əksər hissəsinin sosial reabilitasiyasına nail olunub, digər şəxslərlə işlər isə davam etdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...