Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyədə güclü zəlzələ - 70-dək sakin xəsarət aldı YENİLƏNİB - VİDEO

Türkiyənin Bodrum şəhərinin 70-dək sakini güclü zəlzələdən sonra xəstəxanalara müraciət edib.

Mynews.az APA-ya istinadla xəbərinə görə, xəstəxanalara müraciət edənlərin əksəriyyəti zəlzələ zamanı təşviş içində evlərini tərk edən, pəncərədən atılan şəxslərdir. Onların arasında ciddi xəsarət alanların olmadığı qeyd edilir.   

Qeyd edək ki, Türkiyənin Egey dənizi sahillərində 6,7 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 km, Yunanıstanın isə Kos adasından 16,2 km aralıda yerləşib.    

Zəlzələ yerin səthindən 10 km dərinlikdə baş verib.

Yeraltı təkanlar kiçik sunaminin baş verməsinə səbəb olub.

Zəlzələ daha çox Muğla əyalətinin Bodrum və Dacia şəhərlərində hiss olunub.  Muğla əyalətinin valisi Esengel Civelek dağıntıların ciddi olmadığını qeyd edib.  

***

04.42

Türkiyənin cənub-qərb sahillərində 6,7 bal gücündə zəlzələdən sonra ən azı səkkiz təkrar yeraltı təkan qeydə alınıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə  Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatında deyilir.

Ən güclü afterşok 5,1 bal gücündə olub.

Zəlzələdən təşvişə düşən bir neçə Muğla şəhər sakini özünü binadan atıb. Hazırda xəsarət alanların sayı dəqiqləşdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...