Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ZƏLZƏLƏ - Şamaxı, İsmayıllı, Şəki, Balakən, Zaqatala...

Azərbaycan seysmik baxımdan aktiv zonada yerləşir. Bu baxımdan, ölkə ərazisində mütəmadi olaraq teqdonik hadisələr qeydə alınır. Maraqlıdır, seysmik aktivlik daha çox hansı bölgələrdə müşahidə edilir?

Bununla bağlı Metbuat.az-a açıqlama verən Respublika Seysmoloji Xidmət Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirdi ki, ölkəmizin ərzisində kifayət qədər seysmik aktiv zonalar var:

“Şamaxı, İsmayıllı, Şəki, Balakən, Zaqatala, Gəncə, Daşkəsən zonası seysmik baxımdan aktiv zonalardır. Bu səbəblə, qeyd olunan ərazilərdə seysmik baxımından mütəmadi olaraq aktivlik olur”.

Vüsalə Rafiqqızı əlavə etdi ki, Azərbaycanda seysmik stansiyalar dünyada ən aktiv seysmik stansiyalardır:

“Seysmoloji tədqiqatların aparılmasına görə Azərvaycan dünyada 5-ci yerdədir. Bizdən qabaqda Amerika, Yaponiya var. Bütün ölkələr arasında Azərbaycanın 5-ci yer tutması adi məsələ deyil”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...