Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı toyunda qalmaqal - Tanınmış meyxanaçını vurmaq istədilər - VİDEO

Azərbaycan toylarından birində meyxanaçının dediyi sözlərin yanlış anlaşılması qalmaqala səbəb olub.

Məclislərdən birində tanınmış meyxanaçılar - Mehman Əhmədli, Mahir Cürət, Aydın Xırdalanlı, Elşən Xəzər və Rəşad Dağlı  "Bayaqdandır əntiqə meydan gedir, indi başlayır ikinci seriya" qafiyəsi ətrafında deyişməyə başlayıblar. Bu zaman Mehman Əhmədlinin Rəşad Dağlının ünvanına "Rəşad, dağlı boyunu yerə soxum mən, hər  gecə "trasdadır" parferiya" cümlələrini işlətməsi məclisdəkilərdən birinin ciddi narazılığına səbəb olub və o, yerindən qalxaraq meyxanaçının yanına gəlib, onu vurmağa cəhd edib. Ətrafdakılar həmin kişini sakitləşdirməyə çalışdığı zaman Mehman Əhmədli Rəşadı göstərərək söhbətin dağlılardan deyil, məhz ondan getdiyini qeyd edib.

Həmin görüntüləri təqdim edirik:

GoldNews.Az

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...