Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda ana qızını bıçaqladı

Bakının Xəzər rayonunda ana gənc qızını bıçaqlayıb.

Mynews.az report-a istinadən xəbər verir ki, Qala qəsəbəsində yaşayan 1994-cü il təvəllüdlü Həmidova Cəmalə Nizami qızı yaşadığı evdə anası ilə mübahisə edib.

Nəticədə o, anası tərəfindən bıçaqlanaraq ağır xəsarətlər alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Hadisənin dəqiq səbəbləri Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...