Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşub

Bu gün səhər saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Mynews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə magistralın Şabran rayonu ərazisindən keçən hissəsində baş verib.

1970-ci il təvəllüdlü Zülfiyyə İbrahimovanın idarə etdiyi “Mersedes” markalı minik avtomobili eyni istiqamətdə hərəkhərəkətdə olan “İsuzu” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və nəqliyyat vasitəsində olan qızı, 2007-ci təvəllüdlü Alına Aslan Dursun qızı müxtəlif dərəcəli xəsarətlərlə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...