Yanan universitetdə tanınmış jurnalistin oğlu tüstüdən zəhərləndi - SON DƏQİQƏ - VİDEO - FOTOLAR
Bakıda Kooperasiya Universitetinin binasında baş verən yanğın zamanı tanınmış jurnalist Tahirə Məmmədqızının da oğlu xəsarət alıb.
Yenicag.az-a açıqlama verən jurnalist övladını xəstəxanaya apardığını deyib:
“Oğlum universitetin binasında imtahan verirdi. Qəfildən valideynlər təşviş içində qışqırdılar ki, binada yanğın var. Hamı içəriyə axışmaq istədi, polis və mühafizəçilər bizə imkan vermədi. Dedilər ki, içəridə heç bir hadisə olmayıb, uşaqlar imtahan verir, maneçilik törətməyin. Sən demə, uşaqlar o tüstüdə içəridə oturub, yazı yazırlarmış. Heç kim onları bayıra çıxarmayıb. Yanğın şiddətlənəndə təcili yardım maşınları və polislər gəldi. Onlarla uşağı xəstəxanaya apardılar, bilmirəm o uşaqların vəziyyəti necədir. Oğlum da, mən də qaçhaqaçda xəsarət aldıq. Evə aparanda gördüm ürəyi bulanır, halı pisləşdi. İndi xəstəxanaya gedirik. Çox güman ki o da zəhərlənib. O qarışıqlıqda uşağın şəxsiyyət vəsiqəsi də itib”.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 993 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 956 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 946 dəfə oxunub