Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda turistin 4 min dollarını aldadıb aldılar

Bakıda turistə qarşı dələduzluq edilib. Lent.az xəbər verir ki, İran İslam Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü Malibadi Murtuza Əliməhəmməd oğlu polisə müraciət edərək bildirib ki, tanışı onu otelə yerləşdirmək adı ilə 4 min dollar alıb.

Şikayətçi bildirib ki, bir neçə gün əvvəl turist kimi Bakıya gəlib və şəhər4in mərkəzindəki otellərdən birinə yerləşmək istəyib. Bu işdə tanışı, İran vətəndaşı olan Feribah Roohani adlı qadın ona kömək edə biləcəyini deyib və otelə ödənməli olan 4 min dolları alıb. Lakin həmin qadın vədinə əməl etməyib.

Müraciət əsasında araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...