Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şabranda universitet müəllimi qəza törətdi: - Yaralananlar var

Şabran rayonunun Gəndob inzibati ərazisində yol qəzası zamanı xəsarət almış 5 nəfər Bakıya gətirilib.

Mynews.az Report-a istinadən xəbər verir ki, qəza “Mercedes” markalı avtomobilin ön təkərinin qəfil qırılaraq sıradan çıxması nəticəsində qeydə alınıb.

Bu zaman sürücü Quliyev Ramiz idarəetməni itirərək avtomobili aşırıb. Avtomobildə olan sərnişinlər - 1972-ci il təvəllüdlü Quliyeva Fatma Abbas qızı, 1993-cü il təvəllüdlü Şirəliyeva Günel Ramiz qızı, 2008-ci il təvəllüdlü Quliyeva Mina Ramiz qızı, 2014-cü il təvəllüdlü Şirəliyev Babək Elçin oğlu və 2015-ci il təvəllüdlü Şirəliyev Əli Elçin oğlu ağır xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Sürücü R.Quliyev Tibb Universitetinin müəllimidir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...