Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kabildə törədilən partlayış: - Ölənlər var-YENİLƏNİB

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb.

Mynews.az Report-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan məmurları bildiriblər.

09:53

Əfqanıstanın paytaxtı Kabildə Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Mynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat verib.

Terrorçu-kamikadze minalanmış avtomobili partladıb. Hadisə ölkənin tanınmış siyasətçilərindən biri, Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilib.

Qeyd edək ki, hazırda Əfqanıstanda baş nazir postu mövcud deyil. 2014-cü il prezident seçkilərindən sonra Milli Birlik Hökuməti təşkil edilib. Məhəmməd Əşrəf Qani ölkə prezidenti, Abdulla Abdulla isə icra rəisi vəzifəsini tutub. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...