Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda yaşayış binasında baş verən yanğın söndürüldü - FOTOLAR-YENİLƏNİB

Bakının Yasamal rayonunda yaşayış binasında baş verən yanğın nəticəsində binanın dam örtüyü 350-400 kvadratmetr sahədə yanıb.

Mynews.az APA-ya istinadən xəbər verir ki, bunu Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov bildirib.

Onun sözlərinə görə, yanğının səbəbləri əlaqədar qurumlar tərəfindən araşdırılacaq və müvafiq qərar veriləcək. Qeyd olunub ki, yanğın zamanı ziyan çəkən sakinlərə müvafiq yardım göstəriləcək.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov  deyib ki, ilkin ehtimala görə, yanğın elektrik naqillərində qısaqapanmadan baş verib.

Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb, sakinlər təxliyə edilib.

11:05

Bakıda yaşayış binasında başlayan yanğının miqyası böyüyür.

Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, İnşaatçılar prospekti 152-154 ünvanında yerləşən 5 mərtəbəli binada qeydə alınıb.

Binanın damında başlayan yanğının bir neçə mənzilə keçdiyi bildirilir. Sakinlər təxliyə olunub.

Yanğının söndürülməsi üçün 8 yanğınsöndürən maşın cəlb olunub.

Hazırda yanğın davam edir.

09:58

Mynews.az xəbər verir ki, hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, yanğın baş verən ərazidə yol bağlanıb. Yanğın davam edir.

***

09:39

Bakıda İzmir parkının yaxınlığında yerləşən yaşayış binasında yanğın başlayıb.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, yanğın baş verən binanın sakinləri təxliyə edilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...