Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda qayınana kürəkənini bıçaqladı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Mynews.az Report-a istinadən xəbər verir ki, Südçülük Sovxozu kimi tanınan ərazidə yaşayan 1976-ci il təvəllüdlü Hüseynov Telman ikinci həyat yoldaşının anası ilə ailə-məişət zəminində mübahisə edib.

Bu zaman qayınana T.Hüseynova iki bıçaq zərbəsi vurub. Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...