Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əməkdar artisti kim öldürdü? - İDDİA

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyevadan ictimai şəkildə şikayət edən “Səhnə danışığı” kafedrasının laborantı Tamilla Əliyeva əməkdar artist Telman Əliyevin ölümündə də rəhbərliyi günahlandırır.

Mynews.az xəbər verir ki, O, Oxu.Az-a verdiyi müsahibəsində əməkdar artistin ölümünə universitet rəhbərliyinin bais olması ilə bağlı yayılmış məlumatları təsdiqlədi: “Telman müəllimin tələbələrindən birinin hazırladığı tamaşaya baxdıqdan sonra əsəbi şəkildə tamaşanı bəyənmədiyini elan etdi və dərhal “Telman gəlsin, ərizəsini yazsın!” dedi. Onun bu reaksiyasından sonra Telman Əliyevin ürəyi tutdu, özünü pis hiss etdi. Bundan 2 gün sonra isə infarkdan vəfat etdi”.

T.Əliyeva əməkdar artist Telman Əliyevin ölümünə universitet rəhbərliyininin bilavasitə səbəb olmasını belə əsaslandırdı: “Mən 2016-2017-ci illərində bizim universitetin binası təmirə bağlandığına görə “Səda” Tədris Teatrında otururduq. Mən orada kiçik bir otaqda otururudum, Telman Əliyevin dərsləri həmin otaqla üzbəüz yerləşən kiçik zalda keçirilirdi. Telman Əliyev həmin qruplara dərs keçə-keçə rəhbərlik YUĞ teatrından Günay adlı birini onun kursuna rejissor gətirdi və əməkdar artistin hazırladığı tamaşalara onun quruluş verəcəyini dedi. Həmin qız tələbələrlə işləməyi bacarmırdı. Tələbələrə ağır sözlər deyirdi, tələbələr də ona ağır cavab qaytarırdılar. Həmin rejissor üzündən bütün günü narazılıq, söz-söhbət olurdu və nəticədə dərs keçilmirdi.

Telman Əliyev bütün bunlara görə çox əsəb keçirirdi. Mənim gözümün qabağında 2 dəfə vəziyyəti çox pisləşib.  Telman Əliyevin kursunun idarəçiliyini o qıza verdikdən sonra, daha doğrusu, Telman müəllimin tələbələrinin tamaşalarına quruluş vermək tapşırıldıqdan sonra oldu. Telman müəllimlə həmin Günay qətiyyən yola getmirdilər. Aralarında fikir ayrılığı vardı. Çünki Günay onun fikirləri ilə razılaşmırdı. Telman müəllim “Belə olmalıdır!” deyəndə, Günay “Xeyr, belə olmamalıdır!” deyirdi. Telman müəllim çox böyük stress yaşayırdı. Bir il ərzində nə qədər əsəb keçirdiyinə universitetdə hər kəs şahiddir”.

Mərhumun aktyorun oğlu Vüqar Əliyev də atasının ölüm səbəbinin onlar üçün naməlum olduğunu deyir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...