Tanınmış aparıcının oğlunun şirkəti qarət olundu - Bakıda
Tanınmış aparıcı, səyyah Azər Qəribin oğlu Şaiqin direktor olduğu şirkət qarət olunub.
Mynews.az-ın məlumatına görə, hadisə iyulun 22-də, gecə saatlarında baş verib.
Oğrular Xətai rayonu ərazisində yerləşən “TNT” kuryer şirkətinin pəncərəsinin dəmir barmaqlıqlarını sındıraraq içəri daxil olublar və seyfi yarıblar.
Oğrular müşahidə kameralarının görüntülərinı toplayan cihazı aparmaq istəyiblər, lakin əvəzində onun yerinə ups deyilən stabilizatoru götürüblər.
Oğurluq faktı Xətai rayon Polis İdarəsinin 37-ci bölməsi tərəfindən araşdırılır.
Şaiq Qərib Oxu.Az-a açıqlamasında qarətçilərin yalnız pul apardıqlarını bildirdi: “Mən indi xaricdəyəm. Polis araşdırma aparır. Mənə deyilənə görə, şirkətin əmlakına toxunmayıblar, maraqları yalnız pul olub”.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 958 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 929 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 919 dəfə oxunub