Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda dəniz limanında faciə: - Ölən var

İyulun 22-də Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən quru yük limanında baş vermiş bədbəxt hadisə ilə bağlı cinayət işi açılıb.

Mynews.az lent.az-a istinadən xəbər verir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Xətai rayonu ərazisindəki Quru Yük Limanında doker-mexanizator vəzifəsində çalışan 1991-ci il təvəllüdlü Məmmədyarlı Hilal Səfiyar oğlu idarə etdiyi avtokarın altında qalaraq vəfat etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

Cinayət işinin istintaqı Xətai rayon Prokurorluğunda aparılır.

Qeyd edək ki, iyulun 22-də 26 yaşlı Hilal Məmmədyarlı 3,5 tonluq avtokarı sürərkən yük daşıyan texnikanın təkəri dəmir yolu relsinin üstünə çıxıb. Yüklə dolu avtokarın aşacağını görən gənc özünü yerə ataraq xilas olmağa çalışıb. Lakin buna baxmayaraq avtokarın altında qalıb. Ağır vəziyyətdə Respublika Nevrocərrahiyyə xəstəxanasına aparılan Hilal Məmmədyarlının həyatını xilas etmək mümkün olmayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...