Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şəkidə 18 yaşlı oğlanı sahibsiz it dişlədi

Şəki sakinini sahibsiz it dişləyib.

Mynews.az xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, iyulun 24-ü saat 21 radələrində Şəki şəhəri Dodu Xanlar küçəsi ev 13 ünvanında yaşayan 1999-cu il təvəllüdlü Abdulla Mehman oğlu Şamilov it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.

Məlum olub ki, küçədə sahibsiz it Abdulla Şamilova hücum edərək onun sağ ayağın baldır hissəsindən və sol əlin ikinci barmağından dişləyib.

Abdulla Şamilova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...