Dəhşətli yanğında sağ qalan azərbaycanlı uşağı qubernator nəzarətə götürdü
"Krasnoyarskdakı dəhşətli yanğında 5 ailə üzvünü itirən, özü isə ağır xəsarət alan İlyasov Hüseyn Vüqar oğlu yerli Uşaq Xəstəxanasının yanıq şöbəsindədir. Ağır dərəcəli yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən İlyasın həyatı uğrunda həkimlər əllərindən gələni əsirgəmirlər. Hüseynin səhhəti ilə bağlı durumu Krasnoyarsk diyarının qubernatoru Viktor Tolokonski şəxsi nəzarətinə götürüb".
Mynews.az xəbər verir ki, bu barədə lent.az-a Krasnoyarskdakı diaspora fəallarından olan Nəsimi Həsənov bildirib.
Nəsimi müəllimin dediyinə görə, hazırda həlak olmuş həmyerlilərimizin meyitlərinin Azərbaycana göndərilməsi üçün müvafiq işlər aparılır.
"5 nəfərin sənədləşməsi işləri, habelə ekspertizası vaxt aparan məqamlardır. Ona görə, meyitlərin dərhal Azərbaycana göndərilməsi yubanır. Güman edirəm ki , sabah, uzağı biri günə meyitlər göndəriləcək", deyə o bildirib.
*** Xatırladaq ki, Rusiyanın Krasnoyarsk diyarının Suxobuzimsk rayonunda yanaraq ölən azərbaycanlı ailə üzvlərinin kimliyi məlum olub. Krasnoyarsk diyarı Azərbaycan Milli Mədəni Muxtariyyətindən APA-ya verilən məlumata görə, ailənin başçısı Azərbaycan vətəndaşı, 1980-cı il təvəllüdlü İlyasov Vüqar Tahir oğlu, onun ailə üzvləri - 2007-ci il təvəllüdlü İlyasov Həsən Vüqar oğlu, 2011-ci il təvəllüdlü İlyasov Ümid Vüqar oğlu, 2014-cü il təvəllüdlü İlyasov Fərid Vüqar oğlu və 2016-cı il təvəllüdlü İlyasova Xədicə Vüqar qızı yanğının qurbanı olub, 2004-cü il təvəllüdlü İlyasov Hüseyn Vüqar oğlu isə yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yanğın baş verən vaxt ana evdə olmayıb.Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 990 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 965 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 954 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 953 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 950 dəfə oxunub