Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İçi sərnişin dolu An-24 təyyarəsi yanıb

Yakutyada An-24 sərnişin təyyarəsi yanıb.

Mynews.az-ın məlumatına görə, yanğın təyyarənin sağ mühərrikində başlayıb. Respublikanın Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, təyyarənin mühərriki Tiksi aerodromunda uçuş-eniş zolağında alışıb.

İnsident baş verən zaman təyyarədə 37-si sərnişin olmaqla 43 nəfərin olduğu bildirilib. Xəsarət alan olmayıb.

Yanğın dərhal söndürülüb. Sərnişinlər başqa təyyarə ilə Tiksidən Yakutska yola salınacaqlar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...