Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hacıqabul sakini qonşusunu güllələdi

Hacıqabul rayon sakini qonşusu tərəfindən güllələnib.

Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Udulu qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1941-ci il təvəllüdlü Şükürov Məsləhət Abbasəli oğlu sağ ayağından güllə yarası ilə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onun qonşusu Ağayev Mirağa Mirsadıq oğlu tərəfindən güllə ilə vurulduğu bildirilir.

İlkin məlumata görə, hadisə münaqişə zəminində baş verib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...