Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda binada yanğın: Sakinlər xilas olundu

Bakıda yaşayış binasında yanğın olub.

Mynews.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verib.

Nəticədə binanın  şaxtasından (10-cu mərtəbədən 11-ci mərtəbəyə qədər) keçən elektrik kabelləri 10 p.m  yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas, 20 nəfər təhlükəsiz əraziyə təxliyə olunub və 3 nəfərə Təcili Tibbi Yardım Xidməti tərəfindən ilkin tibbi yardım göstərilib. Mənzillər yanğından mühafizə olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...