Samuxda başı qırxılan gəlindən - XƏBƏR VAR
Samux rayonunda qayınanası, əri və valideynləri tərəfindən təhqir olunduğu üçün intihara cəhd edən İlahə Pənahovanın vəziyyəti normaldır.
Mynews.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya məlumatı Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova verib. O bildirib ki, həm Samux rayon polis rəisinin müavini, həm də gəlinin özü ilə əlaqə saxlayıb:
"İlahədən rayona qayıdıb qayıtmayacağını soruşdum. Dedi ki, qayıtmayacaq. Mən də onu sığınacağa dəvət etdim. Həkimlər hazırda onun vəziyyətinin normal olduğunu deyir. Nömrəmi vermişəm, nə kömək lazım olsa, hazırıq. Sığınacağa gəldikdən sonra hər şeyi ətraflı danışacağıq.
Samux rayon polis rəisinin müavini ilə də danışdım. Qayınanasıgil gəlinin başının qırxılması məsələsini təkzib edir. Onlar deyir ki, gəlinin başına balta dəyib. O hissəni təmizləmək üçün saçı kəsiblər
Qız hazırda Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Yardım xəstəxanasından. Xəstəxanadan sonra arzu etsə sığınacağa daxil olacaq”.
Xatırladaq ki, Samuxun Ziyadlı kənd sakini İ. Pənahova qayınanası və əri tərəfindən döyülmüş, daha sonra saçı qırxılmışdı. Bu səbəbdən gəlin siçan dərmanı içərək intihara cəhd edib.
Hadisənin qadının evə yad kişi saldığı üçün baş verdiyi iddia olunur.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 921 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 903 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 594 dəfə oxunub