Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

3 yaşlı qızı avtomobil vuraraq öldürdü - Ağdaşda

Ağdaş rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Xosrov kəndi ərazisində qeydə alınıb.

Ağdaşın Şəmsabad kənd sakini Hacıyev Muxlis Oqtay oğlu 10-KV-122 dövlət nömrə nişanlı, "Hyundai" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən yola çıxan azyaşlını, 2014-cü il təvəllüdlü Mirzəliyeva Şəlalə Rasim qızını vurub.

Uşaq aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...