Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Göygöldə zəncirvari qəza

Bakı-Qazax magistralında isə 3 avtomobilin iştirakı ilə qəza baş verib.

Mynews.az ARB TV-yə istinadla xəbər verir ki, hadisə günorta saatlarında yolun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

42 yaşlı Qəzənfər İsmayılovun idarə etdiyi "Kamaz" markalı yük avtomobili Bakı istiqamətində hərəkətdə olarkən 48 yaşlı Zahid İsmayılovun idarə etdiyi "Hyundai" markalı kiçiktonnajlı yük avtomobili ehtiyatsızlıqdan arxadan ona çırpılıb. Bu zaman eyni istiqamətdə gedən, 47 yaşlı Akif Mustafayevin sükanı arxasında olduğu "Ford" markalı kiçiktonnajlı yük maşını qəzadan yayınmaq istəyərkən yolun kənarındakı dəmir məhəccərə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, hər üç nəqliyyat vasitəsinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...