Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bərdədə 4 otaqlı ev yandı

Bərdə rayonunda 4 otaqlı ev yanıb.

Mynews.az FHN-ə istinadən xəbər verir ki, rayonun Lənbəran kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağında 2 kv.m sahədə dolab, içərisində olan paltarlar, ümumi sahəsi 198 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 162 kv.m sahədə və tövləyə yığılmış 21 ton ot bağlamasının 5 tonu yanıb.

Evin, tövlənin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 11:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...