Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda qardaş bacısına 13 bıçaq VURDU - QISQANCLIQ ZƏMİNİNDƏ

Bakının Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Hadisə 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsində qeydə alınıb. 

Mynews.az report.az-a istinadən məlumatına görə, 1990-cı il təvəllüdlü Aliyeva Tahirə Barat qızı evdə qardaşı ilə mübahisə edib. Bu zaman o, bacısının baş və boyun nahiyələrinə 13 bıçaq zərbəsi vurub. Nəticədə qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti stabil-ağırdır. Faktla bağlı Nizami Rayon Polis İdarəsində (RPİ) cinayət işi başlanıb. Hadisəni törədən şəxs saxlanılıb. Onun adı hələlik, açıqlanmır. 

Nizami RPİ-dən verilən məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...