Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qazaxıstanda təyyarə qəzaya uğrayıb: - Ölənlər var

Qazaxıstanın Almatı vilayətində “Yak-12” təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Mynews.az Report-a istinadən xəbər verir ki, bu haqda Qazaxıstanın İnvestisiya və İnkişaf üzrə Nazirliyinin mülki aviasiya komitəsindən bildirilib.

İnformasiyaya əsasən, təyyarə “Kazavia” hava şirkətinə məxsus olub. Təyyarə kimyəvi xidmət tapşırığı icra edirmiş. “Yak-12” vilayətin Panfilov rayonunun Şolakay kəndi yaxınlığında yerə düşüb.

Məlumata görə, təyyarənin göyərtəsində pilotla birlikdə iki nəfər olub. Onların hər ikisi qəza nəticəsində ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...