Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Polkovnik dənizdə batdı - FHN-nin xilasediciləri kömək etmədi

İyulun 23-də Pirşağı çimərliyində üç şəxsin boğulması ilə bağlı avtosfer.az saytına məlumat daxil olub.

Mynews.az sözügedən sayta istinadən xəbər verir ki, çimərlikdə istirahət edənlər bildiriblər ki, suda boğulan şəxsləri gördükdə FHN-nin xilasedicilərini çağırıblar. Onlar gələnə kimi həmin ərazidəki istirahət edən şəxslərlə birləşib boğulanlardan birini xilas ediblər. Xilasedicilər gəldikdən sonra isə suda boğulan şəxsləri xilas etməyəcklərini və həmin ərazidəki qayığın yararsız vəziyyətdə olduğunu bildiriblər. Suda qalan digər iki nəfərdən biri gözdən itib, o birinin isə təqdim olunan videoda boğulan vəziyyətdə başı görünür. Həmin görüntüləri sizə təqdim edirik.

Çimərlikdəki şəxslərin verdiyi məlumata görə, xilas edilməyən digər iki şəxsin birini ləpələr sahilə tərəf çıxarıb və huşsuz vəziyyətdə xəstəxanaya aparılıb. Digər şəxs isə gecə saat 1 də özü xilas olub. Xilas olanlardan birinin polkovnik olduğu iddia edilir.a

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...