Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lənkəranda şüşələrinin üstünə yıxılan kişi öldü

Lənkəranda ölüm hadisəsi baş verib.

Mynews.az Report-a istinadən xəbər verir ki, hələlik kimliyi məlum olmayan 40-45 yaşlarında kişi aptekə gəlib və burada qəfildən vitrin şüşələrinin üstünə yıxılıb. Bu zaman o, çoxsaylı kəsik xəsarətləri alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ölənin şəxsiyyəti müəyyənləşdirilir, fakt üzrə araşdırmalar davam etdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...