Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda 20 yaşlı hamilə qadının intiharının - TƏFƏRRÜATI

Dünən axşam saatlarında Göyçay rayonunun Hacalıkənd kəndində intihar hadisəsi baş verib. 

Mynews.az Lent.az-a istinadən xəbər verir ki, kənd sakini, 1997-ci il təvəllüdlüSalmanova Fəridə Kərəm qızı yaşadığı evin zirzəmisində özünü asaraq həyatına son qoyub. Gənc qadının ailə üzvləri onun öz əcəli ilə öldüyünü bildirərək dəfn etməyə çalışsa da, sonradan onun intihar etdiyi məlum olub.

Bildirilir ki, 20 yaşlı Fəridə ailəli, 1 uşaq anası olub. O, bibisi oğlu ilə ailə həyatı qurubmuş. Lakin həyat yoldaşının radikal dini təriqətlərdən birinə üzv olması səbəbindən ailədə narazılıqlar yaranırmış. O da məlum olub ki, F.Salmanova bir neçə aylıq hamilə olub.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...