Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lapşin İsrailə ekstradisiya edilə bilər

İsrailin Azərbaycandakı səfirliyi bu ölkənin vətəndaşı olan bloqerAleksandr Lapşinin Dağlıq Qarabağa qanunsuz səfər etdiyinə görə aldığı 3 illik həbs cəzasını İsraildə çəkməsi barədə ərizə ilə müraciət etməsi xəbərinə münasibət bildirib.

Mynews.az xəbər verir ki, səfirlikdən Report-a bildiriblər ki, İsrailin hər bir vətəndaşının bu cür müraciət etməyə haqqı var.

“Lakin biz Aleksandr Lapşinin İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşünün məzmununu açıqlaya bilmərik. Bu, Aleksandr Lapşinin şəxsi məsələsidir və biz bu barədə məlumat verə bilmərik”, - deyə səfirlikdən bildiriblər.

Qeyd edək ki, dünən bloqer Aleksandr Lapşin İsrailə ekstradisiya olunmaq üçün bu ölkənin Azərbaycandakı səfirliyinə ərizə ilə müraciət edib.

Vəkili Eduard Çerninin sözlərinə görə, artıq müvəkkili İsrailə ekstradisiya olunmaq üçün ərizə ilə müraciət edib: “Bu barədə Lapşin mənə görüşümüz zamanı məlumat verdi”.

E.Çerninin sözlərinə görə, A.Lapşin barəsindəki məhkəmə qərarından apellyasiya şikayəti verməyəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...