Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yevlaxda xəstəxana yanır - FOTO-YENİLƏNİB

Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın tam söndürülüb.

Mynews.az bildirir ki, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, yanğın nəticəsində xəsarət alan yoxdur. Yanğın baş verən kimi tibbi heyət və xəstələr xəstəxanadan təxliyə olunub. Xəstəxanada stasionar müalicə alan xəstələr Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev hazırda hadisə yerindədir.

Yanğının başvermə səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır.

15:17

Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın başlayıb.

Mynews.az-ın Report-a istinadən verdiyi məlumatına görə, yanğının hansı səbəbdən baş verməsi məlum deyil. 

Məlumata görə, xəstəxananın işçiləri və orada müalicə olunan xəstələr təxliyə edilir. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...