Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda avtobus sürücüsü ilə sərnişin arasında mübahisə düşdü - VİDEO

Bakıda avtobus sürücüsü (“BakuBus”) ilə sərnişin arasında mübahisə düşüb.

Mynews.az-ın məlumatına görə, iyulun 20-si, saat 22:00 radələrində “BakuBus”a məxsus 21 nömrəli marşrut xətti üzrə Səməd Vurğun bağı dayanacağından hərəkət edən avtobusa sərnişin velosipedlə daxil olub və velosipedi fiziki məhdudiyyətli sərnişinlər üçün ayrılmış xüsusi yerdə saxlayıb.

Sərnişinə xətt dispetçeri və sürücü tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, o xəbərdarlıqlara məhəl qoymadan israrla velosipedi avtobusda saxlamağa davam edib və təhlükəsizlik qaydalarını kobud şəkildə pozub.

Sərnişinlərlə dolu avtobusun hərəkətinə maneə yaradan sərnişin, avtobusun 23 dəqiqəyə yaxın dayanmasına və qrafik üzrə ləngiməsinə səbəb olub. Ancaq hadisə ilə bağlı polis orqanlarına məlumat verdikdən və əraziyə polis əməkdaşları gəldikdən sonra həmin sərnişin velosipedi ilə avtobusu tərk edib. 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...