Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DTX və DSX birgə əməliyyat keçirib - FOTO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları birgə əməliyyat keçirib.

DTX-nin Mətbuat Mərkəzindən Mynews.az-a bildirilib ki, tədbirlər nəticəsində 16.07.2017-ci il tarixdə “Astara” sərhəd nəzarəti məntəqəsində, İrandan Azərbaycana qayıdarkən Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Fərəcova Səfa Məmmədşah qızının saxlanılaraq əşyalarına baxış keçirilib. Baxış zamanı əşyaların arasından 2 ədəd “ketçub” qabının içərisində gizlədilmiş narkotik vasitə - 295 qram heroin aşkar olunaraq götürülüb.

Sonrakı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin sifarişçisi Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Cəlilabad rayonunun Göytəpə şəhər sakini Mirzəyev Səbuhi Rövşən oğlu müəyyənləşdirilərək saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...