Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lider TV-dən 3 aydır maaşların verilməməsi xəbəri ilə bağlı - AÇIQLAMA

Lider TV-nin əməkdaşlarının üç aydır ki, maaş ala bilməməsi ilə bağlı bir neçə gün öncə xəbər yayımlamışdıq. 

Xəbərdə  yay mövsümü ilə əlaqədar məzuniyyətə çıxan əməkdaşlar may ayından sonra maaş almamaları qeyd edilib. Məlumat üçün bildirək ki, televiziyanın reklam gəlirləri və sponsorlarında azalma müşahidə olunmayıb. Məlumatda telekanal işçilərinin buna etiraz olaraq verilişlərin sosial şəbəkədəki rəsmi hesablarını da bağladıqları qeyd edilmişdi. 

Mynews.az xəbər verir ki, mövzu ilə bağlı azxeber.com-a danışan "Lider" televiziyasının sözcüsü Sədan Bünyadova iddiaların əsassız olduğunu və hər kəsin vaxtı-vaxtında maaşalarını aldıqlarını deyib:

"Heç kəs üç ay maaşsız bir yerdə işləyə bilməz. Təbii ki, bu iddiaların əsası yoxdur. Kanalın sosial şəbəkələrdəki hesablarının bağlanılmasına gəldikdə isə, bir məsələni burada diqqətinizə çatdırmaq istəyirəm. Biz hazırda "İnstagram"da rəsmi səhifəmizdən başqa açılan digər səhifələrin bağlanması üçün müraciətlər də etmişik. Bizim başqa hesabımız yoxdur. Olanlar da rəsmidir və hazırda fəaliyyətdədir". 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...