Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xəstəxanadakı yanğına nə səbəb oldu? - RİH açıqaldı

"Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın elektrik kabellərindəki qısaqapanmadan baş verib".  

Mynews.az xəbər verir ki, bunu report-a Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyhun Kərəmxanov deyib.  

C.Kərəmxanov bildirib ki, xəstələrin və tibb işçilərinin təxliyyəsi başa çatıb: "Xəstəxanada olan bütün xəstələr və tibb işçiləri təxliyə olunub. Hadisə zamanı 5 xəstə Mingəçevir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, 30-dan çox xəstə isə xəstəxananın həyətinə təxliyə olunub. Yanğın şaxtada olan elektirik kabellərinin yükə düşməsi nəticəsində yaranmış qısaqapanmadan baş verib. Hazırda ərazidə 5 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülsə də tüstülənmə davam edir".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...