Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda FÖVQƏLADƏ HADİSƏ zamanı 83 nəfər ÖLÜB - RƏSMİ

Azərbaycanda 83 nəfər fövqəladə hadisələr zamanı ölüb

2017-cı ilin birinci yarısında Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.

Mynews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 6 ayda 
yanğın hadisələri zamanı 35 nəfər ölüb, 98 nəfər xəsarət alıb. 

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından ölənlər üzrə 94 faiz, yaxud 17 nəfər, xəsarət alanlar üzrə 72 faiz, yaxud 41 nəfər çoxdur.

2017-cı ilin ilk yarısında respublika ərazisində 5368 təbii və texnogen mənşəli hadisə baş verib. 

Bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 251 hadisə, yaxud 5 faiz çoxdur. 

Baş verən təbii və texnogen mənşəli hadisələr nəticəsində 48 nəfər həlak olub, 161 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 67 nəfər xilas edilib, 649 nəfər təxliyə olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...