Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DİN 8 yaşlı qızın güllələnməsi ilə bağlı məlumat yaydı

8 yaşlı Səbinə Qasımlı bədbəxt hadisə nəticəsində ölüb.

Mynews.az DİN-ə istinadən xəbər verir ki, iyulun 28-də Biləsuvar rayonunun Günəşli kəndində 7 yaşlı Bəxtiyar Gözəlov evlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəş dayısı qızı 8 yaşlı S.Qasımlının baş nahiyəsinə dəyib və nəticədə uşaq hadisə yerində ölüb.

Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-16" markalı ov tüfəngi götürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...