Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda tanınmış həkimə qarşı ağlasığmaz cinayət

Görkəmli uroloq-alim, professor Kamal Abdullayev və həyat yoldaşı quldurluq hadisəsinə məruz qalıblar.
Mynews.az  teleqraf.com-a istinadən xəbər verir ki, hadisə iyulun 29-da axşam saatlarında, görkəmli alimin yaşadığı Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki evində baş verib.
Üç naməlum şəxs Kamal Abdullayevin evinə girərək onun və həyat yoldaşının əl-qollarını bağlayıb işgəncəyə məruz qoyublar.
Quldurlar evdən 5 min dollar pul və həkimin bahalı qol saatını aparıblar.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...