Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şəhid Hüseyn Əkbərli dəfn olundu - VİDEO + FOTO

İyulun 30-a keçən gecə düşmən atəşinin qarşısı alınarkən şəhid olan Silahlı Qüvvələrimizin hərbi qulluqçusu bu gün  dəfn olunub.

Mynews.az APA-ya istinadən xəbər verir ki, Cəlilabadın Eçara kənd sakini, 1993-cü il təvəllüdlü Hüseyn Zakir oğlu Əkbərli anadan olduğu kənddə dəfn edilib.

Dəfin mərasimində şəhidin yaxınları, xidmət etdiyi hərbi hissənin zabit heyəti, Cəlilabad  Rayon İcra Hakimiyyətinin numayəndələri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər. Şəhidin tabutuna örtülən Azərbaycan bayrağı onun ailəsinə  təqdim edilib. Yaylım atəşindən sonra torpağa tapşırılan şəhidin məzarı üstünə əklil və qərənfillər qoyulub.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...