Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Evləri qarət edən dəstə üzvləri həbs edildi

Oğurluqda şübhəli bilinən Kəpəz rayonunun Hacıkənd qəsəbə sakinləriRuslan Qurbanov, Maarif Məmmədov, Fikrət Qurbanov və Etibar Qılınc tutulublar.

Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də şəhər ərazisindəki evlərdən birinin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Hacıkənd qəsəbə sakinləri R.Qurbanov, M.Məmmədov, F.Qurbanov və E.Qılınc tutulublar.

Aparılan əməliyyat tədbirləri ilə onların mart-iyul ayları ərzində şəhər ərazisindəki 5 evdən məişət əşyaları və inşaat materialları, həmçinin 2015-2016-cı illər ərzində şəhər ərazisindəki 1 mağazadan və 1 evdən məişət əşyaları, inşaat materialları, tütün məmulatı və spirtli içki oğurlamaları da müəyyən edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...