Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gəncə sakini ərzaq dükanı ilə birlikdə yandı

Fevralın 12-də saat 6 radələrində  Gəncə şəhərində ərzaq mağazası yanıb.

Mynews.az Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən bildirir ki, şəhər sakini Oqtay İsmayılova məxsus mağazada yanğın baş verib.

Nəticədə yanar konstruksiyalar və oradakı ərzaq məhsulları yanıb, yanğın söndürüldükdən sonra orada satıcı işləyən şəhər sakini Şahin Əliyevin yanmış meyiti tapılıb.

Yanğının qızdırıcı cihaza nəzarətsizlikdən baş verməsi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...