Bakıda aptekdən oğurluğa cəhd göstərən şəxs hadisə yerində tutuldu - FOTO
Polis Nərimanov rayonunda aptekdən oğurluğa cəhd göstərən şəxsi hadisə yerində saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, iyulun 30-da gecə saatlarında Nərimanov Rayon Mühafizə İdarəsi (RMİ) əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan H.Əliyev prospektindəki apteklərdən birindən Kompyuterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Həyəcan siqnalı daxil olandan cəmi 40 saniyə sonra Nərimanov RMi-nin operativ qrupu artıq hadisə yerinə yaxınlaşıb. Xüsusi texniki vasitələrlə mühafizə edilən aptek yoxlanılan zaman obyektin giriş qapısının sındırıldığı aşkar edilib.
Aptekdən oğurluq etməyə cəhd göstərən şəxs Nərimanov RMİ-nin əməkdaşlarını görüb hadisə yerindən qaçmağa cəhd göstərən zaman polislərin çevikliyi sayəsində saxlanılaraq 16-cı Polis Bölməsinə təhvil verilib.
Bölmədə aptekdən oğurluğa cəhd edən şəxsin Ağsu rayon sakini Əlisahib Bədəlov olduğu müəyyən edilib. Onun üzərindən obyektin dəmir barmaqlıqlarını qırmaq üçün istifadə etdiyi alətlər maddi sübut kimi aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hazırda, DİN-in BMİ-nin əməkdaşları tərəfindən dövlət və özəl mülkiyyətə məxsus 10 mindən çox obyekt qorunur. Yaşayış və qeyri-yaşayış sahələrinin 24 saat etibarlı mühafizəsini təşkil etmək üçün hər bir vətəndaş BMİ-nə və onun yerli qurumlarına müraciət edə bilər.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 980 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 950 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 940 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 939 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 937 dəfə oxunub