17 yaşlı oğlan bacısını mesajlaşarkən tutudu və... - Dəhşətli hadisədə MƏHKƏMƏ QƏRARI
Bacısına mesaj yazanı öldürməkdə təqsirləndirilən gəncin məhkəməsi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən 17 yaşlı Mirismayıl Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Ramella Allahverdiyevanın sədrliyilə baş tutan iclasda hökm oxunub.
Hökmə əsasən M.Hüseynov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun azyaşlı olması, mərhumun anasını onu bağışlaması yüngülləşdirici hal kimi nəzərə alıb.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, Mirismayıl Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb.
O, daha sonra başqa profil açaraq bacısı ilə danışan şəxsə yazmağa başlayıb.
Ə.Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb. Bundan sonra M.Hüseynov bacısının telefon nömrəsindən birbaşa Ələkbərin telefonuna zəng vurub və onunla görüşmək istədiyini deyib.
Əsgərlikdən yeni gələn Ələkbər görüşə gəlməyə razılaşıb. Görüş zamanı tərəflər mübahisə edib və M.Hüseynov onu bıçaqlayaraq öldürüb.
Qeyd edək ki, M.Hüseynov Bakı Biznes Kooperasiya Kollecinin 1-ci kurs tələbəsi olub.
Qətl hadisə 2016-cı il dekabrın 14-də Bakının Nəsimi rayonunda "Memar Əcəmi" metrostansiyasının qarşısında baş verib.
Ötən məhkəmə prosesində mərhumun anası, hüquqi varisi Ülviyə Məcidova qətli tprədən Mirismayılı bağışladığını demişdi
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 969 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 934 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 925 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 924 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 922 dəfə oxunub