Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı-Qazax yolunda avtomobil dəmir maneəyə çırpıldı - VİDEO + FOTO

Bakı-Qazax magistral yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə yolun 380-ci kilometrliyində, Şəmkir rayonu ərazisində qeydə alınıb.

“OKA” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında dəmir maneəyə çırpılması nəticəsində 4 nəfər xəsarət alıb.

Bunlar Göygöl sakini, 1977-ci il təvəllüdlü Nuriyeva İlhamə Fikrət qızı, Ağstafa rayon sakini, 1989-cu il təvəllüdlü Abdullayeva Təhminə Qəşəm qızı, onun övladları -  5 yaşlı Nəzrin, 7 yaşlı Nihaddır.

Hər iki qadının və 5 yaşlı Nəzrinin vəziyyəti orta-ağır, 7 yaşlı Nihadın vəziyyətinin normal olduğu bildirilir.  Avtomobilin sürücüsü və bir uşaq sərnişin qəzada xəsarət almayıblar. 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...