Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Minik avtomobili beton qarışdıranla toqquşdu - FOTO

Səhər saatlarında paytaxtın Nərimanov rayonu Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib.

Mynews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, yol hərəkəti istiqamətinin əksinə irəliləyən “Hyundai” markalı avtomobil beton qarışdıran maşınla toqquşub.

Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hazırda sözügedən küçədə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...