Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda həyəcanlı anlar: Yanacaq daşıyan maşının çəni deşildi - VİDEO

“20 Yanvar” dairəsindən “Şamaxinka” deyilən ərazi istiqamətində hərəkət edən yanacaq daşıyan maşının çəninin deşilməsi təhlükəli vəziyyətin yaranmasına səbəb olub.

Mynews.az baku.ws-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda görünür ki, iritonnajlı yanacaq daşıyan maşından yola benzin axıb.

Polislər və ətrafdakı insanlar yanğınsöndürən maşın gələnə qədər vedrə və plastik qablarla su daşıyıb yola, benzinin üzərinə töküblər və təhlükənin qarşısını almağa çalışıblar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...