Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qəzaya düşmüş məmur öldü

Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) Daşkəsən rayon şöbəsinin müdiri dünyasını dəyişib.

Mynews.az Report-a istinadən xəbər verir ki, iyun ayının 18-də Gəncə-Daşkəsən avtomobil yolunda idarə etdiyi “Hyundai” markalı avtomobillə avtomobil qəzasına düşən, 1956-cı il təvəllüdlü Firuddin Əli oğlu Cəfərlialdığı xəsarətlərdən bu gün vəfat edib.

Xatırladaq ki, F.Cəfərlinin idarə etdiyi avtomobil Yeni Azərbaycan Partiyasının (YAP) Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyevin xidməti avtomobili olan “NİVA” markalı avtomobillə toqquşub.

Qəzaya isə bir müddət əvvəl ürəyindən əməliyyat olunan F.Cəfərlinin sükan arxasında infarkt keçirməsi səbəb olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...